Livanın silahlı qruplaşması Hizbullanın lideri bazar günü İranın Birləşmiş Ştatların İraqdakı iki bazasına raket zərbələrinin Amerikanın İran generalını öldürməsi qisasının başlanğıcı olduğunu deyib.
Həsən Nəsrulla İranın ABŞ hərbi bazalarına ballistik raket hücumunu Vaşinqtona mesaj olaraq "sillə" kimi xarakterizə edib. Məhdud şəkildə atılan raketlər itkisiz nəticələnib və əsas məqsəd güc nümayiş etdirmək olub.
İranla yaxın əlaqəsi olan Hizbulla lideri raket hücumlarının ABŞ-a qoşunlarını regiondan çıxarmaq üçün xəbərdarlıq olduğunu deyib. "Amerikalılar bazalarını, əsgərlərini və zabitlərini, eləcə də gəmilərini bölgəmizdən çıxarmalıdır. Alternativ - həm şaquli, üfqi olaraq tərk etməkdir. Bu, ciddi və qəti bir qərardır" - deyə, o bildirib.
"Biz bir mərhələnin başlamasından, yeni bir döyüşdən, bölgədəki yeni bir dövrdən danışırıq" deyib Həsən Nəsrulla.
Hizbulla lideri 90 dəqiqəlik televiziya çıxışını İran generalı Qasım Süleymaninin öldürülməsindən bir həftə sonra edib.
Nəsrulla Hizbullaya davamlı dəstəyinə görə Süleymanini tərifləyıb. Süleymaninin rəhbərlik etdiyi İran İnqilab Keşikçiləri Qvardiyası İranın dəstəklədiyi silahlı qruplaşmalarla yanaşı, Hizbulla döyüşçülərinə də təlimlər keçirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?