Rusiya prezidenti Vladimir Putin şərşənbə axşamı baş məsləhətçilərindən biri, ölkənin ən güclü siyasi fiqurlarından biri hesab edilən və Rusiyanın Ukrayna siyasətinin memarı olan Vladislav Surkovu vəzifəsindən azad edib.
55 yaşlı Surkovun işdən azad olunması xəbəri Kremlin rəsmi saytında yer alıb, lakin onun yeni işinin nə olacağına dair heç bir məlumat verilməyib.
Surkov son illərdə Kremlin Ukrayna siyasətinə rəhbərlik edərək, keçmiş Sovet respublikasının şərq bölgələrində Donetsk və Luqanskda "xalq respublikaları"nı yaradan separatçılarla sıx əlaqədə olmuşdu.
Onu Kremlin baş ideoloqu və Ukrayna və Moskvanın dəstəklədiyi separatçılarla münasibətlər üzrə baş mütəxəssis kimi vəzifədə 61 yaşlı veteran siyasətçi və Putinin yaxın müttəfiqi olan Dmitri Kozak əvəz edəcək.
Kreml administrasiyası rəhbərinin birinci müavini kimi Surkov Rusiya parlamentinin marionet bir quruma çevrilməsi, medianın nəzarət altında saxlanması və müxalifətin neytrallaşdırılmasına kömək etmişdi.
Gizli strateq parlamentdəki siyasi partiyalara və Putinə daim qələbə qazandıran seçki kampaniyalarına nəzarət edirdi.
2011-ci ildə yenidən hökumətə gətirildikdən və iki il baş nazirin müavini vəzifəsində çalışdıqdan sonra Surkovun nüfuzu azalmışdı.
2013-cü ildə Surkov yenidən Kremlə qayıdaraq, Rusiyanın Ukrayna və digər postsovet ölkələri ilə münasibətlərində Putinin müşaviri vəzifəsini icra etmişdi.
Moskvanın 2014-cü ildə Krımı ilhaq etdiyi və Ukraynanın şərqindəki rusdilli separatçılara dəstək verdiyi zaman Surkov yenidən diqqət mərkəzinə olmuşdu.
Separatçılar Surkovun Ukraynadan ayrılmağa çalışan “dövlətlərin” rəhbərliyinə məsləhət verdiyini açıq etiraf etmişdilər.
Sorğu
Yeni dizaynımız necədir?