Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəməsinin vaxtı məlum olub.
Bu barədə datalex.am saytı məlumat yayıb.
Məhkəmənin hazırlıq iclası fevralın 25-də keçiriləcək. İş hakim Vaqe Misakyanın icraatına verilib.
Qeyd edək ki, yanvar ayının sonunda S. Sarkisyanın cinayət işi baxılması üçün İrəvan məhkəməsinə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə daha 4 nəfər ittiham olunur. Onlardan biri "Fleş" neft şirkətinin rəhbəri, iş adamı Barseq Beqlaryandır.
Ermənistanın 3-cü prezidenti olan S. Sarkisyan 2008-ci ildən 2018-ci ilə kimi ölkəyə rəhbərlik edib. S. Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. S. Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun ölkədən çıxışına qadağa qoyulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?