Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın vəkilləri ona qarşı irəli sürülən ittihamlara etiraz ediblər. Bu barədə erməni mətbuatı Baş prokurorluğa istinadən məlumat yayıb.
"Baş prokurorluğa Ermənistanın üçüncü prezidentinin vəkili Serj Sarkisyanın Xüsusi İstintaq Xidmətinin cinayət təqibinə dair qərarından şikayət məktubu daxil olub", - deyə prokurorluq bildirib.
Ermənistan Xüsusi İstintaq Xidməti keçmiş prezident Serj Sarkisyana qarşı Cinayət Məcəlləsinin mənimsəmə və yeyinti maddələri ilə ittiham irəli sürüb. Sabiq prezident 2013-cü il yanvarın 25-dən 7-dək bir milyon dollar oğurlamaqda ittiham olunur. Sarkisyana qarşı qabaqlayıcı tədbir olaraq, qeydiyyatda olduğu ərazini tərketməməklə bağlı qətimkan tədbiri seçilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?