NYU YORK – Qüdrətli Hollivud prodüseri Harvi Vaynşteyn seksual zorakılıqlar üzrə məhkəmədə təqsirli bilinib.
Anqlo-Sakson məhkəmə qaydalarına uyğun olaraq 12 nəfərdən ibarət vətəndaş paneli olan jüri Vaynşteyni 2006-cı ildə prodüser assistenti Mimi Haleyiyə qarşı seksual hücumda və 2013-cü ildə digər qadını 3-cü dərəcəli zorlamada təqsirli hesab ediblər.
Jüri onu ən ağır “yırtıcı seksual hücum” maddəsi üzrə təqsirli bilməyiblər ki, bu, onun ömürlük həbs cəzası almasına yol aça bilərdi.
Gəlinən qənaət həftələrlə davam edən - ittihamçıların zorlama, məcburi oral seks, toxunma, masturbasiya, biədəb təkliflər barədə başlarına gələnləri danışmaları ilə müşayiət olunan ifadələrdən sonra əldə olunub.
Vaynşetyn haqda illərlə davam edən şayiələr 2017-ci ildə ittihamlar tufanına çevrilərək #metoo hərəkatına təkan verdikdən sonra jürinin gəldiyi qənaət rüsvay edilmiş film prodüseri üzərində ədalət məqamı kimi dəyərləndirilir.
Onun qurbanlarından ilham alan metoo hərəkatı digər qadınları irəli çıxaraq qüdrətli məşhurları seksual təcavüzlərinə görə cavabdeh tutmağa ruhlandırıb.
7 kişi və 5 qadından ibarət jüriyə Vaynşetyini təqsirli bilmək beş gün vaxt apardı.
Bir vaxtlar çoxlarının qorxduğu prodüserə qarşı ittihamnamə əsas üç müddəa üzərində qurulmuşdu - onun Nyu Yorkdakı otel otağında aktrisa olmaq istəyən qızı zorlaması, Haleyini oral seksə məcbur etməsi və "Sopranos" teleserialının aktrisası Annabella Sciorraya qarşı onun öz mənzilində seksual akt.
Hərçənd ki, Vaynşteyn özü məhkəmədə ifadə verməyib, onun vəkilləri bütün seks aktlarının qarşılıqlı razılıq əsasında olduğunu və ittihamçıların öz karyeralarını irəlilətmək üçün prodüserlə yatağa girdiyini israr ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?