GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya bu əraziləri almaq üçün 10 gün ərzində hücuma keçəcək – Türkiyəyə qarşı PLANIN DETALLARI

Rusiya bu əraziləri almaq üçün 10 gün ərzində hücuma keçəcək – Türkiyəyə qarşı PLANIN DETALLARI

Tarix: 25-02-2020, 17:22 Bölmə :Dünya Baxış: 630
Rusiya bu əraziləri almaq üçün 10 gün ərzində hücuma keçəcək – Türkiyəyə qarşı PLANIN DETALLARI


Rusiya və Türkiyənin Suriyada maraqlarının toqquşmasından sonra başlanan qarşıdurması davam edir.

Türkiyəli yazar Taha Dağlı Rusiyanın Türkiyə ilə bağlı planı haqda yazıb.

Rusiya mediasında Türkiyəyə qarşı kampaniyanın aparılmasına diqqət çəkən T.Dağlı hesab edir ki, Moskva İdlib böhranının böyüyəcəyi təqdirdə mediada öncədən ictimai rəyi formalaşdırmağa çalışır: “Lakin Rusiyanın ilk məqsədi böhranın böyüməməsi, Türkiyə ilə silahlı qarşıdurmaya getməmək və təbii ki, Suriyada maraqlarının təmin edilməsidir. Moskva Əsədə dəstəyini dava etdirəcək”.

T.Dağlı yazır ki, İdlibdə iki quru yol ruslar üçün önəmlidir: “M4 və M5 yollarını tamamilə nəzarətə almaq istəyirlər. Buna nail olsalar Hələblə İdlibin, dolayısı ilə Lazkiyə ilə Şamın əlaqəsi qurulacaq. Eyni zamanda, Hələbin Aralıq dənizinə çıxışı təmin ediləcək”.

Rusiya Beynəlxalq Əlaqələr Mərkəzinin Yaxın Şərq üzrə mütəxəssisi Aleksey Xlebnikov da bildirir ki, Şam və Moskva üçün İdlib önəmlidir: “Suriya və Rusiyanın əsas hədəfi M4 və M5 quru yollarına nəzarəti ələ keçirmək və Hələblə Şamı birləşdirmək, o cümlədən, Hələbin sahilə çıxışını təmin etməkdir. Suriya iqtisadiyyatının yenidən qurulması üçün də bu, vacibdir”.

Rusiya bu iki quru yolun şimalında qalan İdlibin mərkəzinin və Türkiyə sərhədində yerləşən digər bölgələrin “təhlükəsiz bölgə” kimi istifadə edilə biləcəyini təklif edir. Yəni “iki quru yol bizim, İdlibin mərkəzi və şimalı sizin olsun” deyirlər. Türkiyə əsgərinin bölgədə qalması məsələsində də dialoq təklifi ilə çıxış edirlər.

“Bəlli ki, Rusiya 5 marta qədər bu planı önə sürmək üçün hücumlarını artıracaq. Zirvə görüşünə gələndə artıq iki quru yol tamamilə rusların nəzarətinə girəcək, beləliklə, istədiklərini alaraq masaya oturacaqlar”, – T.Dağlı qeyd edir.

Lakin ABŞ və NATO-nun İdlibdə əhəmiyyətli yerlərin rusların əlinə keçməsinə qarşı çıxması prosesi çətinə salır. Bölgədə ruslarla yanaşı, İranın da olması, yəni Hələbdən Aralıq dənizinə çıxacaq strateji yolun başqa oyunçuların əlinə keçməsi ehtimalı Vaşinqtonu ciddi narahat edir.

Qeyd edək ki, İdliblə bağlı zirvə görüşü martın 5-də İstanbulda keçiriləcək. Zirvədə Türkiyə, Almaniya və Fransa liderləri iştirak edəcəklər.

T.Dağlı yazır ki, Almaniya və Fransanın maraqları İdlibdə Türkiyə ilə toqquşur.

“Lakin Avropa İttifaqı və NATO-nun iki önəmli üzvünün zirvədə iştirakı Rusiya üçün təzyiq elementidir”, – qeyd edir.

Zirvə görüşünün planlaşdırıldığı vaxtda ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Ross” adlı raket daşıyan gəmisinin Qara dənizə daxil olması Rusiyanın diqqətini bu bölgəyə çəkdi. Qara dənizdəki Rusiya donanması ABŞ gəmisini izləyir. Montre sazişinə görə, ABŞ gəmisi dənizdə 21 gündən artıq qalmamalıdır, lakin təcrübəyə görə, amerikalılar müxtəlif bəhanələrlə bu müddəti uzadırlar. Bununla yanaşı, aprel ayında NATO-nun Şərqi Avropada son 25 ilin ən böyük təlimlərinə başlaması Rusiya üçün təhlükə siqnallarını çalışır. Gözləntilərə görə, Qərbin mümkün hücumları ilə qarşılaşacaq Moskvanın Ankara ilə qarşıdurma maraqlarına uyğun deyil.//publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya: “Təyyarəmiz Suriyada vurulub, bunu Türkiyəyə…”

    Rusiya: “Təyyarəmiz Suriyada vurulub, bunu ...

    24-11-2015, 17:39

  • 
  • Türkiyə Ordusu İdlibdə hücuma keçdi - GENERAL ÖLDÜRÜLDÜ

    Türkiyə Ordusu İdlibdə hücuma keçdi - GENERAL ...

    20-02-2020, 16:25

  • 
  • ​ABŞ Türkiyəyə qarşı hücuma hazırlaşır - BÖYÜK TOQQUŞMA

    ​ABŞ Türkiyəyə qarşı hücuma hazırlaşır - BÖYÜK ...

    23-10-2017, 16:25

  • 
  • Türkiyə Suriyada Rusiya ilə qarşıdurma artdıqca NATO müttəfiqlərinə üz tutur

    Türkiyə Suriyada Rusiya ilə qarşıdurma artdıqca ...

    25-02-2020, 11:20

  • 
  • İdlib əməliyyatının sirri - böyük müharibə yaxın saatlarda başlayır

    İdlib əməliyyatının sirri - böyük müharibə yaxın ...

    9-10-2017, 11:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu