Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradxe İrandan qonşu Azərbaycan sərhədini keçərək ölkəyə gələn Gürcüstan vətənşdaşının koronavirusa yoluxduğunu bildirib.
“O dərhal sərhəd yoxlama məntəqəsindən xəstəxanaya aparılıb” – ndeyə, o bildirib.
Tikaradze mikro avtobusda 12 başqa sərnişinlə səfər edən xəstənin Gürcüstanın Azərbaycanla sərhədini çərşənbə axşamı günü keçdiyini bildirib.
Səhiyyə naziri onların hamısının sərhəddə yoxlanıldığını və xəstəxanaya aparıldığını deyib.
“Koronavirus yalnız bir nəfərdə olub” – deyə, o bildirib.
Səhiyyə nazirinin sözlərinə görə, mikro avtobusda olan şəxslərin heç birində koronavirus aşkar edilməsə də, onlar hamısı karantində saxlanılır.
Gürcüstanın baş naziri Qiorgi Qaxariya ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə koordinasiya qrupu yaradıb. Bu haqda onun ofisindən bildirilib. Qrup Gürcüstan və İran arasında səfərlərin iki həftə müddətində dayandırılması haqda qərar verib.
Gürcüstan yanvarın 29-da Çinə birbaşa uçuşları iki ay müddətinə dayandırıb və fevralın 23-də İranla bağlı eyni qərarı verib. Gürcüstan hökuməti vətəndaşlara hər iki ölkəyə səfər etməmək barədə xəbərdarlıq edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?