İran Qum şəhərində koronavirus səbəbindən iki nəfərin öldüyünü elan etdikdən bir gün sonra cümə axşamı Çinin mərkəzində meydana gələn yeni virusa daha üç nəfərin yoluxduğunu bildirib.
Rəsmi İRNA xəbər agentliyinin bildirdiyinə görə, müqəddəs Qum şəhərində bütün məktəb və universitetlər, dini şiə seminariyaları bağlanıb. Digər xəbərlərdə isə İranın bu yaxınlarda epidemiyanın mərkəzi, Çinin Uhan şəhərindən 60 iranlı tələbəni təxliyə etdiyi bildirilib.
Paytaxt Tehrandan təqribən 140 kilometr cənubda yerləşən Qum İran, İraq, Pakistan və Əfqanıstandan gələn şiə müsəlmanların müqəddəs yeri və dini araşdırmalar mərkəzidir. Bura həm də maldarlıq təsərrüfatları ilə tanınır.
İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur öz tvitter səhifəsində Qumda ölən iki yaşlı İran vətəndaşı da olmaqla, İranda təsdiqlənmiş virus hallarının sayının beş olduğunu bildirib.
İRNA xəbər agentliyi üç yeni yoluxma hadisənin hamısının Qumda yaşayan iranlılar olduğunu, virusa yoluxanlardan birinin Arak şəhərini ziyarət etdiyini bildirib. İranın səhiyyə nazirinin müavini Məhəmməd Mehdi Guya virusa yoluxanların Çin vətəndaşları ilə hər hansı bir əlaqəsi olmadığını deyib.
İran hökuməti xəstəliyin mənşəyini və bunun Pakistan və ya digər ölkələrdən gələn dini zəvvarlarla əlaqəsi olub-olmadığını araşdırır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?