"İdlib məsələsi bizə təzyiq göstərmək üçün özəlliklə qurğulanan bir məsələdir"
Bunu hazırda canlı yayım vasitəsilə danışan Rəcəb Tayyib Ərdoğan deyib.
Əsəd rejiminin İdlibdə 33 türk əsgərini şəhid etməsindən sonra ilk dəfə canlı yayımda danışan prezident Ərdoğan bir çox nüanslara toxunub.
Türkiyə prezidenti bundan başqa bildirib ki, sərhədlərin açılması ilə bağlı Avropaya bir neçə dəfə xəbərdarlıq edilib: "Biz onlara bu barədə xəbərdarlıqlar edəndə, bizə inanmadılar. İndi isə buyurun, baxın. Bizim nə qədər ciddi olduğumuz göz önündədir".
Ərdoğan Türkiyənin Suriyada nə işi var deyənlərə də cavab verib. O, bildirib ki, Türkiyənin daha güvənli gələcəyi Suriyada sabitliyin olmağından keçir: "Tutaq ki, biz Suriya ərazisindən çıxdıq. O zaman bütün dünya bizə "sağ ol"mu deyəcək?. O zaman Türkiyə insanı daha xoşbəxt sabahlaramı oyanacaq? Əlbəttə ki, yox. Buna görə də, biz bayrağımıza, millətimizə, əsgərimizə qalxan əlləri kökündən kəsməyənə qədər mücadələmizi davam etdirəcəyik."
R.T.Ərdoğan Putinlə arasında olan söhbətdən də bəhs edib: "Ruslar bizə deyirlər ki, sizin orada nə işiniz var. Mən də Putinə bildirdim ki, bəs sizin Suriyada nə işiniz var?"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?