Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstəyə yenidən baxmağa çağırıb. Ərdoğan ABŞ-ın Suriyada fəaliyyətini dayandırmayacağına ümid edir: "Biz ümid edirik ki, Rusiya da Əsədi dəstəkləməyi dayandıracaq”. Türkiyə prezidenti eyni zamanda Rusiyanın Suriya rejimini sonsuza qədər dəstəkləməyin mümkün olmadığı haqda açıqlamasını da dəstəkləyib: "Ancaq, gəlin sürətləndirək. Gəlin bu bəladan xilas olaq”. Ərdoğanın sözlərinə görə, Suriya heç şübhəsiz kimyəvi silaha malikdir. O əlavə edib ki, dinc əhaliyə qarşı kimin bomba atması tamamilə aydındır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?