Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki fəaliyyəti beynəlxalq hüquq qaydaları və razılaşmalara uyğun şəkildə həyata keçirilir.
Bunu Anadolu Agentliyinə açıqlamasında Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
Nazir vurğulayıb ki, Türkiyənin Suriyadakı fəaliyyəti BMT-nin Konvensiyasının 51-ci maddəsindəki "Qanuni müdafiə hüququ" çərçivəsində atəşkəsin təmin edilməsi, miqrasiyanın qarşısını almaq, bölgədəki humanitar böhrana son qoymaq, qoşunların, xalqın və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilir.
"İdlibdə bir qarant ölkə olaraq qarşılıqlı razılaşmalardan irəli gələn bütün vəzifələrimizi yerinə yetirdik və bunları da gətirməyə davam edirik. İdlibdə həyata keçirilən işlər, Astana və Soçi razılaşmalarından irəli gələn qarant hüquqlarımız və vəzifələrimizdən irəli gələn tədbirlərin görülməsi üçün fəaliyyətlərdir. Bütün səylərimiz davam edəcəkdir. Müşahidə nöqtələrimizə və mövqelərimizə edilən hücumlara qarşı ən şiddətli və sarsılmaz cavab verildi. Qanuni müdafiə sahəsindəki hədəfimiz Rejim əsgərləri və qoşunlarımıza hücum edən elementlərdir. Rusiya Federasiyasından gözləntimiz budur ki, qarant ölkə olaraq öhdəliklərini yerinə yetirsin və bu çərçivədə rejimin hücumlara son qoyması və Soçi konsensus sərhədlərinə uyğun olmasını təmin etsin", - deyə Hulusi Akar bildirib.//modern.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?