Paşinyan öz referendumu ilə koronavirusun yayılmasının ən böyük mənbəyinə çevrilib.
“Aysor.am” saytının yazdığına görə, Ermənistan “Siyasi iqtisadiyyat” Tədqiqatları İnstitutunun direktoru Andranik Tevanyan baş nazir Nikol Paşinyanı sərt tənqdi edib. Onun sözlərinə görə, mövcud hakimiyyət öz referendumu ilə koronavirusun yayılmasının ən böyük mənbəyinə çevrilib.
Andranik Tevanyan qeyd edib ki, bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulduğu halda Ermənistan hakimiyyəti referenduma təşviqat naminə insanları bir yerə toplayır və koronavirusun yayılmasını təşviq edir.
A.Tevanyanın sözlərinə görə, ölkədə mövcud olan iqtisadi və digər problemlərə məhəl qoymayan Paşinyan hakimiyyəti 7 nəfərin işdən çıxarılması və daha 7 nəfərin işlə təmin olunması ilə əlaqəli olan bir məsələni siyasi problemə çevirərək onun həlli ilə məşğuldur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?