Çinin Madriddəki səfirliyinin cümə axşamı bildirdiyinə görə, Çin İtaliya və İspaniyada koronavirusla mübarizə məqsədi ilə göndərdiyi tibbi ləvazimatın bir hissəsi Avropaya çatıb.
Tvitter səhifəsində göndərilən tibbi ləvazimata 1,8 milyon maskanın da daxil olduğu deyilib.
Daha əvvəl İspaniya hökumətindəki bir qaynaq Reuters-ə bildirmişdi ki, epidemiyadan ilk əziyyət çəkən Çin koronavirusun yayılması ilə bağlı səylərində İspaniyaya yardım təklif edib. O, yardıma tibbi avadanlıqların da daxil olacağını bildirib.
Səfirlik yardımla bağlı şərh verməyib.
İspaniya son günlər sürətlə yayılan koronavirusa görə məktəbləri bağlayıb və bir nazirin virusa yoluxmasından sonra parlamentin işini dayandırıb.
İtaliyada isə koronavirusdan ölənlərin sayı 800-dən, yoluyxanların sayı isə 12 mindən çoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?