Britaniyanın vəliəhdi şahzadə Çarlzın koronavirus testi müsbət çıxıb. Amma o, özünü yaxşı hiss edir və Şotlandiyada evində karantin altındadır.
Kraliça Elizabetin böyük oğlu Çarlzda yüngül simptomlar aşkar olunub, amma onun səhhəti yaxşıdır və o, Şotlandiyada Balmoral Estate-dəki evindən işləməyə davam edir. Onun həyat yoldaşı Kamillanın testi mənfi çıxıb.
“Uelz şahzadəsinin koronavirus testi müsbət çıxıb. Onda yüngül simptomlar var, amma ümumilikdə səhhəti yaxşıdır və son bir neçə gündür həmişə olduğu kimi evdən işləyir,” Klarens Evinin açıqlamasında bildirilib.
Kral ailəsindən bir mənbənin verdiyi məlumata görə, Uels şahzadəsi bazar ertəsi test olunub, cavabları isə çərşənbə axşamı alıb. Çarlz testin nəticələrini alandan sonra həm Kraliça Elizabet həm də övladları ilə telefonla danışıb.
O, 93 yaşlı kraliça ilə ən son martın 12-də görüşüb. Bu isə o deməkdir ki, onlar arasında görüş şahzadə Çarlzın virusa yoluxduğu güman edilən gündən daha öncə baş verib.
"Əlahəzrət Şahzadənin səhhəti yaxşıdır," Bukingem sarayı bildirib. Kraliça Şahzadə Çarlzı ən son martın 12-də görüb və o, sağlamlığı ilə bağlı müvafiq məsləhətlərə əməl edir.
Kral ailəsindən bir mənbə bildirir ki, Çarlz virusa ən tez martın 13-də yoluxmuş ola bilər.
Kraliça Elizabet martın 19-da Londondan Vindzor sarayına gedib. Onun 98 yaşlı həyat yoldaşı Filip də onunla birlikdədir.
“Şahzadənin virusa kimdən yoluxduğunu müəyyən etmək mümkün deyil, çünki o son həftələrdə bir neçə ictimai tədbirlərdə iştirak edib,” Krarens Evi bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?