Cənubi Koreyada bir sutka ərzində koronavirus infeksiyasına 146 nəfər yoluxub.
Bu barədə ölkənin Səhiyyə və Rifah Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısını Almaq Mərkəzi (KCDC) məlumat yayıb.
Bununla da koronavirusa yoluxanların sayı 9 478 nəfərə çatıb, artıq 144 nəfər həyatını itirib. Müalicə edilən 283 nəfər sağalıb.
Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyensan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonaları elan edilib.
Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanması üçüncü dəfə, 6 aprelə qədər təxirə salınıb. Aprelin 5-dək sakinlərdən evlərini tərk etməmələri tapşırılıb, idman, əyləncə və dini ayinlərin keçirildiyi yerlər bağlanıb.
Ümumilikdə 4 811 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Cənubi Koreyada 361 mindən çox insan koronavirusa görə test edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?