Rusiya koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində dövlət sərhədlərini bağlayacaq.
Bu barədə Rusiya Nazirlər Kabineti qərar verib. Qərara əsasən martın 30-dan etibarən ölkənin sərhəd keçid məntəqələri (piyada, avtomobil, dəmiryolu) bağlanacaq.
Məhdudiyyətlər rus diplomatlarına və onların ailələrinə, Rusiya vətəndaşlarına və həmçinin beynəlxalq yükdaşımaları ilə məşğul olan sürücülərə aid edilməyəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?