ABŞ prezidentinin Konqresə təqdim etdiyi sənədin müzakirəsinin sentyabrın 9-dan sonra başlanacağı gözlənilir ABŞ prezienti Barak Obama Suriyada hərbi əməliyyata başlamaq üçün rəsmi şəkildə Konqresə müraciət edib. ATəklif edilən qanun layihəsi Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsinin qarşısını almaq üçün hərbi əməliyyatdan istifadə etməyə imkan verir.
"Biz Suriyada baş verənlərə göz yuma bilmərik. Hərbi əməliyyatlar sabah, gələn həftə, yaxud da yaxın gələcəkdə başlaya bilər", - deyə Barak Obama bildirib.
Obamanın Konqresə təqdim etdiyi sənədin müzakirəsinin sentyabrın 9-dan sonra başlanacağı gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?