ABŞ prezidenti Donald Tramp yeni tip koronavirusla (COVİD-19) bağlı keçirdiyi mətbuat konfransında CNN kanalının jurnalistinin ünvanladığı suala əsəbiləşib.
Jurnalistin “virus nəzarət altındadır və yaxında bitəcək” kimi yayılan açıqlamalarla bağlı sualına Trampın mövqeyi sərt olub.
“Mən ölkəni sakit saxlamağa çalışıram. Heç kimin panikaya düşməsini istəmirəm. Sənin kimi insanlar və CNN kimi qruplar təxribat xarakterli suallar ünvanlayır. Buna görə də, artıq heç kim CNN-i izləmək istəmir. Belə məkrli sual əvəzinə normal və həqiqəti əks etdirən sual verə bilərdin”, - Tramp bildirib.
Qeyd edək ki, ABŞ-da 143 min 55 nəfər pandemiyaya yoluxub. Ölənlərin sayı isə 2 min 153 nəfərə çatıb.//axar.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?