Liviyanın legitim Milli Sülh Hökuməti (MSH) qüvvələri qiyamçı Haftar ordusuna aid bir helikopteri vurub.
Bu barədə MSH qüvvələrinin sözçüsü Məhəmməd Kununu açıqlama verib.
O, Liviyanın Əbu Küreyn və Veşka bölgəsində qiyamçı ordunun mövqelərinə qarşı əməliyyatların keçirildiyini bildirib. Əməliyyatlarda Haftar ordusunun 1 helikopteri, 35 hərbçisi zərərsizləşdirilib.
Vurulan helikopterin Rusiya istehsalı “Mi-35” olduğu bildirilib. Üstəgəl 2 Çin istehsalı dron da, əməliyyatlarda zərərsizləşdirilib, çox sayda əsir götürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?