Liviyanın Benqazi şəhərində çərşənbə axşamı baş verən iki maşın bomba hücumu nəticəsində azı 33 nəfər həyatını itirib, onlarla digəri yaralanıb.
İlk maşın əl-Salmani məhəlləsində məscidin önündə partlayıb. İkinci bomba isə 30 dəqiqə sonra həmin yerdə polis və xilasediciləri öldürmək məqsədilə partladılıb.
Hücumun məsuliyyətini üzərinə alan olmayıb.
Birləşmiş Millətlər Təşkilarının Liviyadakı missiyası bomba hücumlarını qınayıb və mülki şəxslərə qarşı hücumların beynəlxalq humnitar qaydaların pozuntusu olduğunu deyib.
Benqazi üç il öncə ekstremistlər ilə Liviya diktatoru Xəlifə Haftara sadiq qüvvələr arasındakı döyüş meydanına çevrilmişdi.
Haftar ötən şəhərin azad olunduğunu elan edib. Lakin Liviya ölkənin uzun müddət diktatoru olan Müəmmmar Qəddafi 2011-ci ildə devrilib, öldürüləndən bəri xaos içindədir.
Haftar Livinaın şərqində qərargahlanan hakimiyyətə başçılıq edir, ölkənin qərbində yerləşən paytaxt Tripolidə isə beynəlxalq ictimiyyət tərəfindən tanınan administrasiya yaradılıb. Qərbi hökümət ölkə boyu səlahiyyətini tətbiq etməkdə çətinlik çəkir.
Liviyadakı qeyri-müəyyənlik İŞİD kimi terror qruplarının orada düşərgə salmalarına imkan yaradıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?