Almaniya prokurorlarının çərşənbə günü bildirdiyinə görə, ABŞ-ın Almaniyadakı hərbi bazalarına hücum planlaşdırmaqda günahlandırılan dörd İslam Dövləti üzvü həbs edilib.
Bəyanatda həbs edilən qrupda hücumları həyata keçirmək üçün gərək olan silah və döyüş sursatı, eləcə də partlayıcı qurğular hazırlamaq üçün materiallar aşkar edildiyi deyilib.
Prokurorluq qrupun artıq ABŞ-ın Almaniyadakı Hərbi Hava Qüvvələrinin bazalarında kəşfiyyat işləri apardığını bildirib.
Keçən il İslam Dövləti qrupuna qoşulduqdan sonra Almaniyada terror şəbəkəsi quran, keçən aydan bəri biri də həbsdə olan bu dörd nəfərin Tacikistan vətəndaşları olduqları müəyyən edilib.
Rəsmilər onların İslam Dövlətinin Suriya və Əfqanıstandakı yüksək səviyyəli İliderləri ilə təmasda olduqlarını və təlimatlardən keçdiklərini bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?