Türkiyənin Daxili İşlər Nazirliyi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında istintaq başladıb.
Buna səbəb koronavirusla əlaqədar maddi yardıma ehtiyacı olan insanlara dəstək üçün İBB tərəfindən yardım kampaniyasının başladılması olub.
Məsələ ilə bağlı açıqlama verən Əkrəm İmamoğlu "Vakıfbank"da hələ də blokda olan 900 min lirəni xatırladaraq bildirib ki, qorxu ilə edilən bu hərəkətlər bank tarixindəki qara ləkədir: "İstintaq apara bilərsiniz. Amma vətəndaşa aid pulu bankda blok etmək olduqca aciz bir hərəkətdir".\\yenisabah.az
Sorğu
Yeni dizaynımız necədir?