GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » DÜNYANIN GƏLƏCƏYİNİ MÜƏYYƏNLƏŞDİRƏCƏK 45 GÜN:ABŞ-ın "dərin dövlət"i ölkələri yenidən nizama salır - ARAŞDIRMA

DÜNYANIN GƏLƏCƏYİNİ MÜƏYYƏNLƏŞDİRƏCƏK 45 GÜN:ABŞ-ın "dərin dövlət"i ölkələri yenidən nizama salır - ARAŞDIRMA

Tarix: 18-04-2020, 20:47 Bölmə :Dünya Baxış: 370
DÜNYANIN GƏLƏCƏYİNİ MÜƏYYƏNLƏŞDİRƏCƏK 45 GÜN:ABŞ-ın "dərin dövlət"i ölkələri yenidən nizama salır - ARAŞDIRMA


Ərgün Dilər

“Takvim”, Türkiyə, 18 aprel 2020-ci il


Tarix bizə göstərir ki, hər bir dövrün özünün aparıcı gücləri olmuşdur. Bəzən qızıla, bəzən dəniz yollarına, bəzən pula, bəzən çoxsaylı əhaliyə, bəzən də silaha sahib olan güclər nəzarəti əlində saxlamışdır.

ABŞ tarix səhnəsinə effektli çıxışı ilə birlikdə, ingilislərin ailələr vasitəsilə qurduğu nəzarət sisteminə qarşı dollar vasitəsilə hakimiyyət qurmaq yolunu seçdi. Yaponiyadan sonra Çini böyütdülər. Hər kəsə lazım bildikləri rolu verdilər. Şərq – istehsal, Qərb – istehlak etdi. Bir də Şərqin haqq etdiyini vermədi. Qərb öz borclarını, təbii, həm də rifahını Yaponiya və Çin kimi ixracat artıqlığı olan ölkələrin cibindən ödəyirdi.

Koronavirus infeksiyasının yayılması ilə birlikdə, yeni tezliyə keçildi. İndi hər kəs “Stop!” etmiş durumdadır. Neftin qiyməti 18 dollaradək düşüb, danışan, “Hara gedirik?” sualını verən yoxdur.

“Dərin Amerika”nı ən yaxşı bilən jurnalistlərdən biri Devid Rode çox önəmli bir kitab yazıb. Kitabın adı “Dərinlərdə: FTB, MKİ və Amerikanın “dərin dövləti” haqqındakı həqiqət”dir (“In Deep: The FBI, the CIA, and the Truth about America’s “Deep State””).

Kitabda Trampın gücünü böyütmək üçün onun “dərin dövlət”ə qarşı savaş açdığı anladılır. Kitabda aydın şəkildə “dərin dövlət”in, əslində, Trampı istəmədiyi də yazılır.

Xatırlayırsınızsa, Tramp 2018-ci ilin sentyabr ayında bir açıqlama vermişdi. Açıqlamanın səbəbi “New York Times”-da çıxan yazı idi. “New York Times” Ağ Evdə bir qrupun ABŞ-ın demokratik qurumlarını qorumaq üçün Trampla savaşdığını açıqlayırdı. Tramp da bu xəbərlə əlaqədar “Artıq təhlükə düz yanımızdadır. Anladım ki, naməlum “dərin dövlət” agentləri yazıblar, “New York Times”-dan istifadə ediblər” deyirdi.

Bu hadisədən 2 il öncə də Tramp belə meydan oxumuşdu: “Onun kim olduğunu kimsə bilmir. Seçicilərə gizli gündəliklərini qəbul etdirməyə çalışan naməlum “dərin dövlət” agentləri demokratiyanın özü üçün, həqiqətən, bir təhdiddir”.

“New York Times” vəzifəsi demokratiyanı qorumaq olan gücün Ağ Evdə olduğunu elan edirdi. Yazını yazan da Trampın ən yaxınlığındakı şəxslər idi. Tramp buna rəğmən, “Onun kim olduğunu kimsə bilmir” deyir və davam edirdi: “Milli təhlükəsizlik qəzetin məqaləni yazan Ağ Ev əməkdaşının adını açıqlamasını tələb edir”.

“Tramp administrasiyasının içindəki dirənişin bir parçasıyam” adlı məqalənin gizli müəllifi, “Problemin təməlində prezidentin əxlaqsızlığı yatır. Tramp gedənədək demokratik qurumları qorumaq üçün bir çox Ağ Ev əməkdaşı çalışır” deyərək, məsələni xüsusi vurğulamışdı. Gizli müəllif “Ağ Evdə iki prezidentlik var. Tramp nə deyirsə-desin, biz bildiyimizi edirik” qeydini də etmişdi.

Xatırlayırsınızsa, koronavirus yayılmadan öncə, ən qarışıq dövlət ABŞ idi. Trampın Rusiya ilə anlaşaraq seçkinin nəticələrinə müdaxilə etməsi və ardınca gələn impiçment prosesi daima manşetlərdə idi. “Dərin dövlət”lə Tramp tez-tez qarşı-qarşıya gəlirdi. “Dərin Amerika”da hələ də güclü olan bir cərəyan var ki, Trampı çox istəmir. Tramp Türkiyə, Rusiya, Fransa məsələləriylə bağlı bu cərəyanla qarşı-qarşıya gəldi. “Dərin Amerika” bu üç ölkə ilə olan problemlərə görə Mayk Pensi dövrəyə soxdu. Pens Ankaraya qədər gəldi.

Əgər xatırlayırsınızsa, Trampın impiçmenti prosesinin arxasında katolik Nensi Pelosi və mormon Mitt Romni dururdu. Yəni, Trampı yola gətirmək üçün hamı intensiv çalışırdı, əməkdaşlıq ortada idi.

Tramp yaşanan gərginliklərdən sonra böyük ölçüdə “dərin dövlət”in yanına keçdi. Ancaq ona qulaq asmayan bir güc var. Rusiya və Türkiyə mövzuları buna ən gözəl nümunədir. Neft təklifiylə bağlı dəfələrlə anlaşma əldə edilməsinə rəğmən, xam neftin 1 barrelinin qiyməti 20 dolların altındadır. Rusiya iflasa doğru sürüklənir.

Koronavirus epidemiyasından sonra bizi xarüqələr dolu bir dünya gözləmir. Yenə gərginliklə dolu, yüksək təzyiqli günlər qapımıza dayanacaq. Tramp da bilir ki, noyabr ayındakı seçkilərdə işi çox çətin olacaq. İşsizliyin sürətlə artması, bazara çıxarılan dolların təsirsiz qalması Trampı düşündürür. Hər gün baş verən minlərlə ölüm hadisəsi Trampın kabusuna çevrilib…

ABŞ-da baş verənlər 5 qitədə də hiss edilir. Bu səbəblə, bütün sinir uclarını yaxından izləmək önəmlidir. Qarşıdakı 45 gün dünyanın gələcəyini müəyyən edəcək. Çünki koronavirus yeni dünya üçün hazırlanıbdır.

Əmin olun ki, koronavirusla bağlı həqiqəti bir çox adam bilməkdədir. Əsl məqsəd ABŞ-la Çin arasındakı ritmi dəyişdirməkdir.

Qloballaşma və informasiya texnologiyası əməkdaşlıq çağı açmalı idi. Bunun əvəzinə, rəqabət gəldi. Yeni dünyada idarəçilik gücü dağıdıcı güc qədər önəmli idi. Texnoloji inkişaf dövlətlərin təbiətini də dəyişdirdi. Problem də elə burada başladı. Çin ona verilən rolu qəbul etmirdi. Çin dövləti başqa dövlətlərin təbiətini, yəni, sistemdəki rolunu və Vaşinqtona yönəlik xarici vektorunu dəyişdirirdi. Çinin şəbəkələri hərbi, iqtisadi və informasiya sahələrinə də nəzarət etməyə imkan verirdi. Bunu nəticəsində Çin onu böyüdən Vaşinqtonu da hörümçək toru kimi sarmağa başladı. Belə ki, Çin iqtisadi baxımdan və pandemiyaya görə ABŞ-ı sıxışdırırdı.

Buna “Amazon” prizmasından baxaraq, düşünün. “Amazon” ən yaxşı məhsula və ya istehsala deyil, dominant bir platformaya sahib olduğu üçün amerikan ticarətinin sahibidir. Hər hansı bir məhsul və ya xidmət satıcısının malları nə qədər cazibədar və keyfiyyətli olursa-olsun, ənənəvi gücü nə qədər böyük olursa-olsun, o, “Amazon”dan keçməli və “Amazon”un qaydalarına görə oynamalıdır. Bu gün ABŞ-da satılan 100 kitabın 65-i “Amazon”dan göndərilir. Çin də dünyanın və təbii, ABŞ-ın “Amazon”u olmalı idi. Hesab belə idi. Savaşın məqsədi də bu idi. Çinin arxasında duran ailələri nəzərə alarsaq, koronavirusun nə üçün ortaya çıxdığını anlamaqda çətinlik çəkmərik.

Bill Klinton dövründə ABŞ Baş qərargah rəisi dünyanın illərlə ABŞ-SSRİ balansı ilə hərəkət etdiyini söyləmiş və “Məsələn, bunu Bill Klinton bilməz” demişdi. Trampın da nəyi nə qədər bildiyini bilmirəm. Ancaq uzun müddət kürəkəni vasitəsilə Rotşildlərlə balans yaratmağa çalışdı. Pompeo ilə Pens isə çox aktivdir.

Detallara çox girmək istəmirəm, amma “dərin Amerika” ilə başı dərdə girən hara varsa, – İrandan İngiltərəyə, İtaliyadan Fransaya qədər, – o yerdə koronavirus təsirlidir. Və koronavirus çəkilərkən, çox sayda siyasətçini də özü ilə bərabər götürəcəkdir. Tramp qalarmı? Çox adam artıq seçkini uduzduğunu düşünür. Bunda həqiqət payı vardır. Ancaq “dərin dövlət”in dediklərinə razı olaraq böyük addımlar atarsa, məncə, yenə də şansı var.

ABŞ “Çin spiralı”ndan və borclarından xilas olmalıdır. Əsas hədəfi budur. Baxaq, görək, nələr olacaq…

Tərcümə Strateq.az-ındır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər”

    Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət ...

    1-04-2020, 11:26

  • 
  • Neftin qiyməti 47 dollardan aşağı düşüb

    Neftin qiyməti 47 dollardan aşağı düşüb ...

    5-05-2017, 21:02

  • 
  • Neftin qiyməti dəyişdi

    Neftin qiyməti dəyişdi ...

    10-05-2015, 14:32

  • 
  • ÜST koronavirusu pandemiya elan etdi

    ÜST koronavirusu pandemiya elan etdi ...

    12-03-2020, 10:15

  • 
  • Yaponiyadan da Rusiyaya qadağalar

    Yaponiyadan da Rusiyaya qadağalar ...

    29-04-2014, 10:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu