Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyaları açıqlayıb. Məlumata görə, xəbəri İTAR-TASS yayıb. Sanksiyalar Rusiya Federasiyasının rəsmi strukturlarının nümayəndələrinə və digər şəxslərə - ümumilikdə 23 nəfərə - Yaponiyaya giriş üçün vizaların verilməsinin müvəqqəti dayandırılmasını nəzərdə tutur. Məlumata görə, onların siyahısı daha sonra açıqlanacaq. Qeyd edək ki, Yaponiya Rusiyaya qarşı ilk sanksiyalar paketini martın 18-də tətbiq edib. Sanksiyalar paketi RF-nin Krıma qarşı münasibətilə əlaqədar qəbul edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?