Türkiyənin yüksək səviyyəli müsəlman din xadiminin homoseksuallığın xəstəliklərə səbəb olması barədəki fikri prezident Tayyib Ərdoğanın hakim İslamçı Ədalət və İnkişaf Partiyası ilə ölkənin ifadə azadlığı assosiasiyalarının vəkilləri arasında qarşıdurmaya səbəb olub.
Vəkillər din xadiminin şərhini qınayaraq, onun dediklərinin insan ləyaqətinə təhqir olduğunu bildirib. Lakin Ədalət və İnkişaf Partiyasının sözçüsü onun sadəcə türk xalqının dəyərlərini nəzərdə tutduğunu deyib və vəkilləri "faşist təfəkkürü" yaymaqda günahlandırıb.
Keçən cümə günü Türkiyənin Din İşləri İdarəsinin rəhbəri Əli Erbaş İslamın homoseksuallığı qınadığını deyib. O, buna səbəbin homoseksuallığın insanın immun çatışmazlığına səbəb olan QİÇS kimi xəstəliklərlə nəticələndiyini və nəsillərə bədnam nümunə olduğunu deyib.
Homoseksuallıq İİV-ə səbəb olmasa da, təhlükəsiz sekslə məşğul olan kişi homoseksullar bu virusa həssas olan qruplar arasındadır.
"Gəlin, insanları bu cür pisliklərdən qorumaq üçün birlikdə mübarizə aparaq" - deyə, Erbas həftəlik xütbəsində bildirib.
Əksər müsəlman ölkələrindən fərqli olaraq homoseksuallıq Türkiyədə cinayət sayılmır. Lakin homoseksuallara qarşı böyük düşmənçilik hökm sürür və son illərdə İstanbulda Yaxın Şərdə minlərlə insanı cəlb edən gey paradlarına qadağa qoyulur.
Ankara Vəkillər Kollegiyası Erbaşın şərhlərinin "əvvəlki əsrlərdən gəldiyini" və insan ləyaqətinə qarşı olduqlarını bildirib. İzmir Vəkillər Assosiasiyası isə bu cür çıxışların nifrət zəminində yeni cinayətlərə səbəb olacağından narahat olduğunu deyib.
Sorğu
Yeni dizaynımız necədir?