Rusiya Prezidenti Vladimir Putin cümə günü ABŞ Prezidenti Donald Tramp və İngiltərənin baş naziri Boris Consona teleqram göndərərək, İkinci Dünya Müharibəsi dövründə olduğu kimi bu gün də xalqların hazırkı problemlərinin həlli üçün əməkdaşlığın yenidən artırılmasının zəruriliyini irəli sürüb.
Putin və Tramp qlobal neft hasilatı ilə bağlı razılaşma əldə etmək üçün bir-birilə yaxından işlədiklərini, eləcə də cümə axşamı telefonla danışdıqları zamanı Tramp Rusiyaya koronavirusla mübarizə aparmaq üçün tibbi avadanlıqlar göndərməyi təklif edib.
Lakin Moskvanın Londonla əlaqələri keçmiş rus casusunun və qızının İngiltərədə zəhərlənməsi səbəbi ilə hələ ki, gərgin olaraq qalmaqdadır.
Rəsmi Moskva bildirir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov çərşənbə günü ingilis həmkarı Dominik Raab ilə danışığı zamanı əməkdaşlığı yaxşılaşdırmaqla bağlı razılığa gəlib.
Putinin teleqramları Sovet İttifaqının Avropadakı konflikt - İkinci Dünya Müharibəsinin sona çatmasının 75 ildönümü münasibəti ilə göndərib.
Trampa göndərdiyi mesajda Putin Rusiya və ABŞ-ın qlobal problemlərlə mübarizədə ön sıralarda dayandığını söyləyib. "Ölkələrimiz beynəlxalq təhlükəsizlik və sabitliyi təmin etmək üçün çox şey edə bilər" - deyə, Putin bildirib.
Putin eləcə də İngiltərənin Baş Naziri Boris Consona İkinci Dünya Müharibəsində olduğu kimi bu gün də müttəfiqlərin birliyinə ehtiyac olduğunu və bu illərin xatirəsinin İngiltərə-Rusiya əlaqələrinin yaxşılaşmasına xidmət edə biləcəyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?