GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyan indi də Rəsulzadəyə iftira atır

Paşinyan indi də Rəsulzadəyə iftira atır

Tarix: 18-05-2020, 11:06 Bölmə :Dünya Baxış: 302
Paşinyan indi də Rəsulzadəyə iftira atır


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm fikirlər səsləndirib.

Belə ki, Paşinyan Məhəmməd Əmin bəyi faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib.

İttihamın cəfəng olduğunu sübut etmək üçün Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan legionerlərinin komandanı Əbdürrəhman Fətəlibəyli-Düdənginski ilə ilk görüşü barədə xatirəsinə diqqət edək:

“Hərarətli və anlayışlı bir əsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, nasist alman məqamlarına məram anlada bilmədi. Hitler “heç bir komitə istəmirəm” demiş, təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini aparan məhdud və müəyyən işlərlə bağlı olan “Rabitə Heyətləri” (Əlaqələr heyəti) qurulmasını əmr etmişdi. Azərbaycan Rabitə Heyətinin başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca, mayor Fətəlibəyliyə müvəffəqiyyətlər təmənna edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, onu mənən dəstəkləyəcəyimizi vəd etmişdik”(Mənbə: Nəsiman Yaqublu. “Azərbaycan legionerləri” Bakı 2005)

Göründüyü kimi Məhəmməd Əmin Rəsulzadə Adofl Hitlerin məqsəd və məramından xoşlanmayıb və özünün qeyd etdiyi kimi “fəaliyyət sahəsindən” çəkilib. Onun Düdənginskiyə dedikləri də bu mövzu üçün xüsusi əhəmiyyət kəsb edən detaldır. Rəsulzadə Düdənginskiyə “milli əsaslarımıza sadiq qaldıqca” dəstək verəcəyini bildirir. Rəsulzadəyə görə Azərbaycanın milli əsasları faşizmdən çox-çox uzaqdır. Müəllifi olduğu müsavatçılıq ideyası bunun bariz nümunəsidir. Digər tərəfdən, Şəqrdə ilk demokartik dövlətin qurucusu olaraq Rəsulzadə nasizmə rəğbət bəsləyə bilməzdi.

Rəsulzadə irsini araşdırmaçısı tarix elmləri doktoru Nəsiman Yaqublu yazır: “M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar o, Almaniyada olarkən “Milli Azərbaycan Komitəsi”ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Lakin Hitler “komitələr” deyil, məhdud səlahiyyətli “milli komissiya”lar yaratmağa üstünlük vermişdi”.

Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.

Məhəmməd Əmin Rəsulzadənin faşistlərlə əməkdaşlığını inkar edən bu cür tarixi faktlar yetərincədir. Rəsulzadə sadəcə canından artıq sevdiyi Azərbaycanı yenidən müstəqilliyə qovuşdurmaq üçün bir gücdən başqa bir gücə - bolşevizmlə pərdələnmiş rus şovnizminə qarşı istifadə etmək istəyib. Bu baş tutmadıqda isə geri çəkilib.

İndi onu az qala faşizmin ideoloqu kimi təqdim edən Paşinyanın məqsədi diqqəti öz babası ilə bağlı qalmaqaldan yayındırmaqdır. Yada salaq ki, Ermənistanın Baş naziri mayın 9-da babası Nikol Paşinyanın fotosunu paylaşaraq onun Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşdüyünü yazıb. Paşinyan əlvaə edib ki, o, babası ilə fəxr edir. Erməni ictimaiyyəti isə məsələni araşdırarkən ortaya şok faktlar çıxıb. Bəlli olub ki, Paşinyanın babası müharibədə faşistlərin tərəfində döyüşüb. Bununla bağlı sənədlər də ictimailəşdirilib. Paşinyanın rəqibləri dərhal bu faktdan ona qarşı istifadə etməyə başlayıblar. Baş nazirin tərəfdarları əvvəlcə faşistlərlə əməkdaşlıq etmiş Nikol Paşinyanın başqa şəxs olduğunu söyləsələr də bu iddia təsdiqini tapmayıb. Ona görə də ortaya başqa arqument atıblar: Paşinyan babasına görə məsuliyyət daşımır.

Baş nazirin rəqibləri isə onu babasına görə deyil, sadəcə saxtakarlıq etdiyinə görə tənqid atəşinə tutuduqlarını deyirlər. Bu məsələ hələ də Ermənistanın ictimai-siyasi mühitində aktual olaraq qalır. Azərbaycan və Rusiya mətbuatı da Paşinyanın babasının faşistlərlə əməkdaşlıq etməsi mövzusuna xüsusi yetirir. Bu baxımdan, Paşinyan Rəsulzadəyə iftira atmaqla babasını gündəmdən çıxarmağa çalışır. Bu həm də Ermənistanın paytaxtı İrəvanda faşisrlətlər əməkdaşlıq etmiş Nijde Qareginə abidə ucaldılmasına dolayısı ilə haqq qazandırmaq cəhdidir.//yenisabah.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir kadrlar - VİDEO

    Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir ...

    6-03-2019, 21:49

  • 
  • Xalq artistinin Məhəmməd Əmin Rəsulzadə barədə suala reaksiyası — "Yoldayam, fikrim yayınır"

    Xalq artistinin Məhəmməd Əmin Rəsulzadə barədə ...

    31-01-2018, 13:18

  • 
  • Prezident Rəsulzadənin yubileyini keçirmək barədə sərəncam verdi

    Prezident Rəsulzadənin yubileyini keçirmək barədə ...

    22-11-2013, 18:36

  • 
  • Məhəmməd Əmin Rəsulzadənin nəvəsindən İsa Qəmbərə dəstək

    Məhəmməd Əmin Rəsulzadənin nəvəsindən İsa Qəmbərə ...

    19-07-2013, 14:37

  • 
  • Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

    Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür ...

    31-01-2018, 00:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu