Rəis Rəsulzadə: "Burada qeyri-adi heç nə yoxdur... Əgər Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmazsa, o zaman İsa Qəmbərin namizədliyi dəstəklənəcək. Bu məsələni şişirtməyə ehtiyac yoxdur..."
"Milli Şuranın fəaliyyətinin necə olmasını gələcək göstərəcək". Gündəm Xəbər.az saytı xəbər verir ki bunu Publika.Az-a açıqlamasında Azərbaycan Demokratik Respublikasının (ADR) banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə bildirib.
Milli Şurada həm Rüstəm İbrahimbəyovun, həm də İsa Qəmbərin vahid namizəd kimi qalması məsələsinə toxunan R.Rəsulzadə deyib: "Burada qeyri-adi heç nə yoxdur. Özləri də deyiblər ki, əgər Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmazsa, o zaman İsa Qəmbərin namizədliyi dəstəklənəcək. Bu məsələni şişirtməyə ehtiyac yoxdur".
Xatırladaq ki, bu il yanvarın 4-də Müsavat Məclisi partiyanın başqanı İsa Qəmbəri prezidentliyə namizəd irəli sürüb. İyun ayının 7-də müsavatçıların da təmsil olunduğu Demokratik Qüvvələrin Milli Şurası yaradılıb. Demokratik Qüvvələrin Milli Şurası iyulun 2-də keçirilən sessiyasında prezident seçkisində iştiraka qərar verib və qurumun sədri Rüstəm İbrahimbəyovu vahid namizəd seçib. Müsavat Partiyası bu qərarı qəbul edir, amma İsa Qəmbərin namizədliyindən imtinanı sonrakı mərhələyə saxlayır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?