Moskva bazar ertəsi ölkənin mayın 1-dən bu yana koronavirusa gündəlik yoluxmaların azaldığını bildirdiyi bir vaxt, Rusiya ABŞ-dan qarşılıqlı tibbi yardım almaq üzərində işləyir.
Lakin 290 678 yoluxma halı ilə ABŞ-dan sonra ikinci yerdə olan və bir gündə 8926 nəfərin yoluxduğunu deyən Rusiya vəziyyətin hələ də ağır olaraq qaldığını bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun dediyinə görə, bütün bunlarla yanaşı Moskva koronavirusla mübarizə aparmaq üçün Birləşmiş Ştatların qarşılıqlı tibbi yardımın verməsini təmin etmək üzərində işləyir.
ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun böhranın həlli üçün Moskvaya bir sıra test və tibbi ventilyasiya kimi cihazları göndərdiyini və bu avadanlıqların yolda olduğunu deyib.
Rusiya aprel ayının əvvəllərində öz istehsalı olan tibbi ventilyatorları ABŞ-a göndərsə də, ABŞ rəsmiləri onlara ehtiyac olmadığını bildirmişdi.
Keçən ay koronavirus diaqnozu qoyulan Rusiyanın baş naziri Mixail Mişustin bazar ertəsi televiziya ilə keçirilən hökumət iclasında vəziyyətin yaxşılaşdığını və xəstələrin çoxunun müalicə olunaraq, xəstəxanalardan çıxdığını bildirib.
"Vəziyyət çətin olaraq qalır, amma buna baxmayaraq, yoluxma hallarınln nisbətin qarşısını almağı bacardığımızı deyə bilərik" - deyib Mişustin.
Rusiyanın Koronavirusla İş Qrupu bazar ertəsi son 24 saat ərzində 91 nəfərin öldüyünü, bununla ölənlərin sayının 2722 nəfərə çatdığını, buna görə də Moskvanın ABŞ-dan yardım istədiyini bildirib.
Bazar ertəsi Ryabkov deyib ki, prezident Donald Tramp ABŞ-da istehsal olunan ventilyatorların kütləvi şəkildə hazır olduğu vaxt Rusiyaya yardım etməyə söz verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?