Ötən gün Pakistanda baş verən təyyarə qəzasında 97 nəfər həlak olub.
Bu barədə Pakistanın Sind əyalətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təyyarənin göyərtəsində ümumilikdə 99 nəfər olub, onlardan sadəcə 2 nəfər sağ qalıb.
Qeyd edək ki, Lahor-Kəraçi reysini həyata keçirən “Airbus A320” təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya düşüb. Hava gəmisinin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?