Gundemxeber.az » Dünya » Əlzəcairli narkotacirlər 16 yaşlı çeçen gənci döydü - Silahlı çeçenlər intiqam üçün Fransa küçələrini döyüş meydanına çevirdilər
Əlzəcairli narkotacirlər 16 yaşlı çeçen gənci döydü - Silahlı çeçenlər intiqam üçün Fransa küçələrini döyüş meydanına çevirdilər
İyunun 10-da Fransanın Dijon şəhərində 16 yaşlı çeçen yeniyetmənin əlcəzairli narkotik tacirləri tərəfindən döyülməsi dünyanın dörd bir yanındakı çeçənlərin sərt təpkisinə səbəb olub.
Məlumata görə, sosial şəbəkələr üzərindən intiqam çağırışı edən çeçenlər Avropanın dörd bir yanından Fransaya gəlib.
Bir qrup Çeçen iyunun 12-də Trémouilledəki qəlyan kefelərindən birinə silahlı hücum həyata keçirib. Hücumdan sonra, çeçenlərlə əlcəzairli qrup arasında Grésilles bölgəsində silahlı qarşıdurma yaşanıb, bir nəfər ağır yaralanıb. Bir avtomobil sürücüsü isə silahlı savaşın içinə düşərək qəza törədib.
Dijon bələdiyyə sədri François Rebsamen silahlı qarşıdurmanın qarşısının alınması üçün, yüzlərlə polisin prosesə cəlb edildiyini açıqlayıb.
Çeçen qrup tərəfindən sosial şəbəkələrdə yayılan açıqlamada isə dijonlularla heç bir problemlərinin olmadığı, çeçenlərə edilən həqarətin intiqamını almaq üçün şəhərə gəldikləri vurğulanıb.
"Bizə həqarət etdilər, xalqımıza hücum etdilər, onları döymək və intiqam almaq üçün buradayıq. Dijonluları əsəbləşdirmək istəmirik, üzr istəyirik. İnsanları qorxutduq, fəqət qorxutmaq səhərisi gün binanın yanında cəsəd tapmaqdan yaxşıdır. Şəhəri talan etmək və topluma hücum etmək niyyətimiz yoxdur " - çeçen qrupun açıqlamasında belə deyilib.
Sorğu
Yeni dizaynımız necədir?