Ötən gün Rusiyada 7843 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
Məlumatı ölkənin Operativ Qərargahı yayıb.
Bildirilib ki, bu, aprelin 30-dan bəri ən aşağı göstəricidir. Gün ərzində 194 xəstə vəfat edib, 10 min 36 nəfər sağalaraq evə buraxılıb.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 553 min 301 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 304 min 342 xəstə sağalıb, 7478 pasiyent vəfat edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?