"ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton yazdığı kitabda məxfi məlumatları faş edərək qanunu pozub".
GundemXeber.Az xəbər verir ki, bu barədə Prezident Donald Tramp bildirib.
Onun sözlərinə görə, C.Boltonun “Bunun baş verdiyi otaq: Ağ Ev xatirəsi” adlı kitabında açıqlanmağa icazə verilməyən bəzi məxfi məlumatlar da var.
Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında Prezident Tramp Con Boltonu istefaya göndərərək bunu milli təhlükəsizliklə bağlı aralarında kəskin fikir ayrılıqları olması ilə əsaslandırmışdı. Bundan bir ay sonra C.Boltonun milli təhlükəsizlik müşaviri işlədiyi dövr haqqında kitab yazmaq istəməsi 2019-cu ilin oktyabr ayında bəlli olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?