GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Quzğunların quzğunu” - Trampın yeni müşavirini belə adlandırırlar

“Quzğunların quzğunu” - Trampın yeni müşavirini belə adlandırırlar

Tarix: 26-03-2018, 12:36 Bölmə :Dünya Baxış: 410
“Quzğunların quzğunu” - Trampın yeni müşavirini belə adlandırırlar


Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri general Herbert Makmasteri istefaya göndərərək, onun yerinə ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltonu gətirib.

Yeni müşavirin öz vəzifəsinə aprelin 9-da başlaması gözlənilir.

Con Boltonun buna qədər kiçik Corc Buşun dövründə dövlət katibinin silahlanmaya nəzarət məsələləri üzrə müavini vəzifəsini tutduğu bilinir. C.Bolton D.Trampla çalışmağa razı olan azsaylı respublikaçılardan biri olaraq tanınır. O, hətta Respublikaçılar partiyasının ilkin seçkilərində D.Trampn rəqibi Ceb Buşu dəstəkləyib.

Mətbuat yeni müşaviri, partiyanın ultramühafizəkar qanadına mənsub olan birisi kimi tanıyır. C. Boltonun Trampın istefaya göndərdiyi keçmiş müşaviri, sağ radikal siyasətçi Stiv Bennonla yaxınlığı xüsusilə maraq doğurur.

Analitiklər Con Boltonun təyinatının İranla imzalanan nüvə sazişinin Konqres tərəfindən təsdiq olunması ilə bağlı müzakirələrə başlamasına cəmi bir neçə ay qalmış baş tutmasına ayrıca diqqət yetirirlər.

Onların fikrincə, yeni təyinat İrana qarşı təzyiqləri artırmaq bir yana, hətta sazişin özünün taleyini təhlükə altına qoyur. “The Washington Post”un yazıdığı kimi, ABŞ-ın müttəfiqləri artıq indidən Şimali Koreya və İran problemlərinin hərbi yolla həllinə tərəfdar olan bir adamın “prezidentin qulağına çıxış əldə etməsinə” görə həyəcan siqnalı çalırlar.

Boltonun özü heç vaxt sazişə olan ikrah münasibətini gizlətməyib və buna görə keçmiş prezident Barak Obamanı sərt şəkildə tənqid edib.

Con Boltonun fikrincə, ABŞ İrana hərbi zərbələr endirsə, həm İsrail, həm də sünni ərəblər tərəfindən də dəstəklənər.
Yeni “quzğun” İran məsələsinin hərbi yolla həll etmək niyyətini özünün yazdığı “İranı durdrumaq, məhz İranı bombalamaqdır” adlı kitabında da açıq şəkildə büruzə verib.

Boltonun söyləmləri Qərb mətbuatında da geniş reaksiyalara səbəb olub. Böyük Britaniyanın “The Guardian” qəzeti “Bolton, nəhayət ki, Ağ Evə qədəm qoydu. Bu müharibənin addımları olmasın?” manşeti ilə çıxıb. Bu sual qəzetin icmalçısı David Şəriətmədarinin də yazısında yer alıb.

Şəriətmədari məqaləsində onu “Quzğunların quzğunu”, “neokonların neokonu” adlandırıb.

Mətbuat Con Boltonun ultramühafizəkar baxışlarının hələ Ronald Reyqan və böyük Corc Buşların dövründən formalaşdığını yazır.

2000-ci illərdə Con Bolton kiçik Corc Buş administrasiyasında bir sıra aqressiv addımların işləyib hazırlayanmasında aktiv şəkildə iştirak edib. Bunların içində İraqın işğalı, ABŞ-ın raket əleyhinə müdafiə sistemi ilə bağlı sazişlərdən çıxması, ABŞ-ın Kioto protokolundan (ekologiya), habelə Beynəlxalq cinayət məhkəməsi haqqında Roma statusundan imtina etməsi kimi tədbirlər var.

Onunla bağlı ən qəribə siyasi hadisə isə 2005-2006-cı illərdə ABŞ-ın BMT-dəki nümayəndəsi postunu tutmasıdır. Məsələ burasındadır ki, Con Boltonun özü bu təşkilata həmişə neqativ münasibət göstərib.

“Təhlükəsizlik Şurası, Baş Assambleya, İnsan hüquqları şurası əsl acınaqcaqlı durumdadır və mən bu vəziyyətin düzələcəyinə heç bir şans vermirəm”,- Con Bolton vaxtilə Rusiya mətbuatına verdiyi müsahibələrdən birində belə deyib.

Mətbuat Boltonun Rusiyadakı əlaqələrinə diqqət çəkib. Onun Rusiya prezidentinin administrasiya rəhbərinin müavini, Sergey Kiriyenkonu yaxından tanıdığını bilməyən yoxdur.

Lakin Bolton son müsahibərində Rusiyaya qarşı sərt cümlələr işlədib. Xüsusilə rusiyalı casus Sergey Skripalla bağlı işdə rusiyalı diplomatların qovulmasını olduqca yumşaq tədbir adlandırıb və Kremlə qarşı daha həssas nöqtələrdən zərbə vurulmasına tərəfdar olduğunu söyləyib.

Siyasi təhliliçilər yeni müşavirlə Ağ Evin rəhbəri arasında bəzi fikir ayrılıqlarının da olduğunu da dilə gətirirlər. Con Bolton ABŞ-ın xarici siyasətində demokratik dəyərlərin yayılması fikrinə inanır. Lakin o, bu dəyərlərin hərbi metodlarla belə olsa təsbit etdirilməsindən yanadır.

Donald Tramp isə ABŞ-ın xarici siyasətində ideologiyanın rolunun zəifləməsinə tərəfdardır. Onun firkincə, xarici siyasət dəyərlərə deyil, maraqlara söykənməlidir. Ağ Evin rəhbəri dəfələrlə ölkəsinin malik olduğu dəyərləri başqalarına sırımasının, üstəlik başqa yerlərdə “dövlət quruculuğu ilə” məşğul olmasının əleyhinə olduğunu bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ prezidenti Ağ evə yeni baş katib təyin etdi

    ABŞ prezidenti Ağ evə yeni baş katib təyin etdi ...

    29-07-2017, 11:13

  • 
  • Con Kerri: "ABŞ Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq"

    Con Kerri: "ABŞ Şimali Koreyanı nüvə dövləti ...

    7-01-2016, 11:58

  • 
  • Tramp ailə hakimiyyətini möhkəmlədirir:Qızı da onun müşaviri olacaq

    Tramp ailə hakimiyyətini möhkəmlədirir:Qızı da ...

    31-03-2017, 10:39

  • 
  • Klintonu əvəz edən tapıldı

    Klintonu əvəz edən tapıldı ...

    22-12-2012, 13:34

  • 
  • Tramp hələ də siyasi komandasını qura bilməyib

    Tramp hələ də siyasi komandasını qura bilməyib ...

    6-08-2017, 15:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (402)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu