Rusiyadakı erməni iş adamı “Taşir” şirkətlər qrupunun başçısı Samvel Karapetyan tibb işçilərinin peşə bayramı münasibətilə Ermənistanın Təcili Yardım Xidmətinin əməkdaşlarına 300 min ABŞ dolları hədiyyə edib.
Məlumatı “Taşir”in Mətbuat Xidməti yayıb. “Taşir” şirkəti Rusiyadakı Ermənistan vətəndaşlarının ölkəsinə qayıtması üçün birbaşa təyyarə reyslərinin maliyyə xərclərini də ödəyib.
Qeyd edək ki, iyunun 21-də Rusiyadan Ermənistana həkimlərdən ibarət ilk yardım reysi uçub.
Son günlər Rusiyadakı erməni iş adamlarının Ermənistanda baş verənlərə diqqəti artıb. İyunun 20-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsdən azad edilməsi üçün 4 mln. ABŞ dollarından çox vəsaiti də onlar ödəyib. Həmin iş adamlarının arasında S.Karapetyanın da adı var. O, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki ermənilərə də yardım edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?