İranda son 24 saat ərzində daha 200 nəfər COVID-19 yoluxucu xəstəliyi səbəbindən həyatını itirib.
Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib. Bildirilib ki, bu pandemiya başlayandan etibarən bir gündə qeydə alınan ən yüksək ölüm sayıdır.
Ötən gün ərzində ölkədə daha 2 637 insanda koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 245 min 688-yə çatıb. Bu günə qədər ümumilikdə 11 931 nəfər xəstəlik səbəbindən həyatını itirib, 201 min 330 pasiyent isə müalicə olunaraq sağalıb.
Ölkədə 1 milyon 794 min 727 nəfərin koronavirus testindən keçdiyi qeyd olunub.
Qeyd edək ki, bu yaxınlarda İranın Yoluxucu Xəstəliklərlə Mübarizə Komitəsinin üzvü Məsud Mərdani ölkə üzrə ümumilikdə 18 milyon insanın koronavirusa yoluxduğunu bildirmişdi.//“Qafqazinfo”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?