Almaniyada son gün ərzində koronavirusa yoluxanların sayı kəskin artıb.
Bu barədə Robert Kox İnstitutu bildirib.
Məlumata görə, son sutka ərzində ölkədə koronavirusa yoluxma ilə bağlı daha 2 537 hal təsdiq edilib. Bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 123 016 nəfərə çatıb.
Qeyd edilir ki, ölkədə son bir gündə koronavirusdan 126 nəfər ölüb. Epidemiyanın başlanğıcından indiyə kimi koronavirusdan ölüm hallarının sayı 2 799-a çatıb.
Həkimlər həmçinin bildiriblər ki, epidemiya ərzində virusa yoluxmuş 64 300 xəstə sağalıb.
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada demək olar ki, virusa 1,7 milyon yoluxma qeydə alınıb, 105 mindən çox insan pandemiyanın qurbanı olub.//Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?