Dünən axşam Tovuz istiqamətində baş verən atışmadan sonra Ermənistanda ciddi çaşqınlıq müşahidə olunur.
Rəsmi mənbələr döyüşdə itkilərlə bağlı məlumat verməsələr də, xüsusilə sosial şəbəkələrdə müxtəlif fikirlər irəli sürülür.
GundemXeber.Az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri yerli sakinlərdən, döyüş gedən ərazidəki hərbçilərdən aldıqları məlumata istinadən, erməni tərəfinin böyük itkilər verdiyini bildirir.
"Cəbhədə nəsə dəhşət baş verir. Qardaşım zəng etdi, bildirdi ki, hospital və xəstəxanalar dolub. Bizim əsgərlərin cəsədi ilə dolu 3 yük maşını görüb. Deyilənə görə, 70 əsgər ölüb. 300-dən çox yaralı var. Əgər belədirsə, 3 yük maşınında azı 200 ölü daşınıb. Mən nə edəcəyimi bilmirəm,çox qorxuram, qardaşımla əlaqə də kəsilib,şəhərdə böyük panika var. Hökumət heç nə etmir",-deyə Diana Arutunyan adlı sosial şəbəkə istifadəçisi yazıb.
Bu, bu qəbildən ilk paylaşım deyil. Dünən axşamdan bəri sosial şəbəkə istifadəçiləri erməni hökumətinin itkilərlə bağlı məlumatı gizlətdiyini bildirir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?