ABŞ Dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların son günlər Ermənistan-Azərbaycan beynəlxalq sərhədində baş verən gərginliklərlə bağlı dərin narahatlığını ifadə edib. Pompeo həyat itkisi ilə əlaqədar başsağlığı bildirib və tərəfləri dərhal atəşkəsə və konstruktiv dialoqu bərpa etməyə çağırıb.
“Birləşmiş Ştatlar Qafqaz bölgəsində Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca ölümlə nəticələnən son zorakılıqlardan dərin narahatdır. Biz bütün qurbanlara başsağlığı bildiririk. Biz tərəfləri dərhal gərginliyi aradan qaldırmağa və həmsədrlər olaraq Minsk Qrupu ilə substantiv danışıqları bərpa etmək üçün konstruktiv dialoqu və atəşkəsi bərpa etməyə çağırırıq” - deyə, ABŞ Dövlət katibi bildirib.
Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun iyulun 13-də açıqladığı bəyanatda Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasını qınayıb və tərəfləri atəşkəsə ciddi əməl etməyə çağırıb. ABŞ həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq işinə sadiq qaldığını bəyan edib.
Bundan öncə ATƏT-in Minsk Qrupunun həmsədləri Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasını qınayan bəyanatla çıxış edib.
Bəyanatda sərhəddə baş verən atəşkəsin pozulması nəticəsində həyat itkisi baş verdiyi və ağır artilleriyadan istifadə olunduğu vurğulanıb. Həmsədrlər həmçinin tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?