“Dünən, iyul ayının 16-sı bazardan 40-dan çox Ermənistan maşını çıxarıldı. Bazarda olan maşınlar isə bağlı şəkildə dayanıblar.”
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan “Fud siti”də çalışan azərbaycanlı məlumat verib.
Bazarda topdan satışla məşğul olan Miqdət adlı soydaşımız isə bu məlumatları təsdiqləyərək bildirib ki, erməni məhsullarını daşıyan maşınların bazardan çıxması ilə yanaşı, bazada ticarətlə məşğul olan azərbaycanlılar Ermənistan məhsullarını almaqdan imtina ediblər.
“Ermənistanın Azərbaycana qarşı təxribatından sonra bazarda soydaşlarımız erməni məhsullarını almaqdan imtina etdilər. Bu işi görənlər içtimai qınağa çəkildi. Demək olar ki, bazarda erməni maşınları qalmayıb”, - deyə soydaşımız bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoçarxlarda azərbaycanlıların Ermənistan məhsullarını boykot etdiyi bildirilir. Həmçinin göstərilir ki, Ermənistan maşınları bazardan çıxarılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?