Braziliyada son sutka ərzində koronavirusa 34 177 yoluxma qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, bununla da ölkədə virusa yoluxma halları 2 046 328-ə çatıb.
Qeyd edilir ki, pandemiya ərzində ümumilikdə 77 851 insan virusdan ölüb. Son 24 saatda bu göstərici 1 163 nəfər təşkil edib. Eyni zamanda virusa yoluxmuş 1 321 036 pasiyent sağalıb.
Braziliya dünyada koronavirus qurbanlarının sayına görə ikinci yerdədir. Ölkə habelə COVID-19-a yoluxmaya görə yalnız ABŞ-dan geri qalır.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?