Çinin xarici işlər nazirliyi şənbə günü Amerikanın hüquq-mühafizə orqanlarının rəsmilərinin Hyustondakı konsulluğa zorla daxil olduqları barədə şikayət edib. ABŞ Hyustondakı konsulluğun iki ölkə arasında artan diplomatik gərginlik fonunda bağlanmasına göstəriş vermişdi.
Nazirlik təfərrüatları paylaşmasa da, ABŞ-ın federal agentləri konsulluğun qapısını yoxlayıblar, daha sonra isə çinli diplomatların cümə günü gündüz saat 4-ə təyin olmuş vaxtdan öncə konsulluğu tərk etməsindən sonra qapıda çilingərin olduğu görünüb.
ABŞ-Çin münasibətləri ticarət, texnologiya, Honq Konq, casusluq ittihamları və çinli müsəlmanlara qarşı zorakılıq iddiaları səbəbilə son onillərin ən pis səviyyəsindədir.
Tramp administrasiyası bu həftə Hyustondakı konsulluğun bağlanmasına göstəriş verərək, çinli agentlərin Texasda tibbi və başqa tədqiqat məlumatlarını oğurlmağa çalışdıqlarını bildiirb. Pekin cavab olaraq Vaşinqtona Çinin Çenqdu şəhərindəki konsulluğunu bağlamasına göstəriş verib.
“Çin ABŞ tərəfinin Çinin Hyustondakı Baş Konsulluğuna zorla girməsimə güclü narazılığını və qətiyyətlə qarşı çıxdığını ifadə edir”- deyə, xarici işlər nazirliyinin bəyanatında bildirilib. “Çin buna müvafiq və lazımı cavab verəcək.”
Bəyanatda qedy edilib ki, Hyuston konsulluğu Çinin əmlakıdır və diplomatik razılığa əsasən amerikalı rəsmilərin ora daxil olmağa haqqı yox idi.
Cenqduda insanların ABŞ konsulluğu önündə çəkdiyi fotolarda binanın önündəki səkidə futbolka və maska geyinmiş polislərin dayandığı, kompleksin önündəki küçənin isə bağlandığı göstərilib.
Binanın həyətinə bir avtobusun daxil olduğu görünsə də, insanlar başqa heç nəyə şahid olmayıblar.
Çenqdu polisinin sosial media hesabında yerləşdirilən məlumata əsasən, cümə günü bir kişi konsulluğun önündə fişəng partladan bir kişi polis tərəfindən saxlanılıb. Məlumatda həmin kişiyə xəbərdarlıq verildiyi bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?