ABŞ prezidenti Donald Tramp bildirib ki, koronavirus pandemiyasının başlanğıcı anından bu günə kimi ölkədə COVID-19-la bağlı 55 milyondan çox test aparılıb.
Bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədəki hesabında yazıb.
"Biz dünyanın istənilən ölkəsindən çox testlər keçiririk, 55 milyondan çox”, - deyə Tramp özünün “Twitter”dəki səhifəsində yazıb.
O, əlavə edib ki, CNN telekanalı testlərin miqdarının artımını tələb edir, amma "hətta yoxlamaların 100 dəfə də artımı telekanal üçün kifayət qədər olmayacaq".
Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 4 371 839 yoluxma aşkarlanıb. ABŞ həm də pandemiya qurbanlarının sayına görə dünyada birinci yerdədir. Bu ölkədə 149 849 insan virusdan ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?