Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Musavat.com-a bildirilib ki, sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb. E.Qarsetti Los Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?