Polşa höküməti ölkədə koronavirusun yenidən yayılması səbəbi ilə bəzi bölgələri üçün yeni məhdudiyyətləri nəzərdən keçirəcək. Açıqlama cümə günü ölkədə ardıcıl olaraq iki gün yoluxmalarda yüksək göstəricilərin qeydə alınmasından sonra hökümət nümayəndəsi tərəfindən verilib.
Səhiyyə Nazirliyi cümə günü 657 yeni yoluxma halının aşkarlandığını xəbər verib. Beləliklə ölkə üzrə ümumi yoluxanların sayı 45 688-ə çatıb. Həyatını itirənlərin sayı isə 1716-dır.
Polşada digər Avropa ölkələrinə nisbətən daha az COVID-19-a yoluxma halları qeydə alınıb. Lakin indi yeni yoluxmaların sayı artmaqdadır. Hökümət cümə günü böhran toplantısı keçirsə də, yeni təcili tədbirlər elan olunmayıb.
"Məhdudiyyətlər yoluxmaların artması ilə əlaqədar böyük problemlər yaşayan bəzi bölgələri əhatə edəcək" - deyə, Polşa hökumətinin rəsmi nümayəndəsi Piotr Muller bildirib. Lakin o hələlik bu bölgələrin adını açıqlamayıb.
Yeni yoluxmalar hallarından 227-si kömür mədənçilərin yaşadığı Silesia bölgəsində qeydə alınıb.
Bunula birlikdə Muller məhdudiyyətlərin bütün ölkəyə tətbiq olunması ehtmalının olmadığını, eləcə də xəstəliyin artmaqda olduğu ölkələrdən gələn səyahətçilərə qarşı karantin tədbirlərinin tətbiq olunmasını nəzərədən keçiriləcəyini bildirib.
PAP dövlət xəbər agentliyinə açıqlama verən Səhiyyə Nazirliyinin bir nümayəndəsi qarşıdakı günlərdə ölkədə yoluxmaların artmasının gözlənildiyini deyərək diqqəti Silesia bölgəsindəki vəziyyətə çəkib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?