Naxçıvanda keçirilən birgə təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Yerevana hava zərbəsi məsafəsinə qədər yaxınlaşıb.
Bu barədə avia.pro iddia edir.
Bildirilir ki, dünən Türkiyə tərəfi öz qırıcıları düz Yerevana istiqamətləndirib. Mənbələrin bildirdiyinə görə, ən azı 2 F-16 qırıcısı birbaşa döyüş kursu ilə Yerevana istiqamət alıb və Ermənistan paytaxtına 56 kilometr qalmış, bu isə aviasiya raketlərinin zərbə radiusudur, geri qayıdıb. Bununla da Ermənistan paytaxtına hava zərbəsini sınaqdan keçirib.
İddia edilir ki, Türkiyə qırıcıları Azərbaycanın hava məkanında uçub. Bu zaman Ermənistan sərhədi boyu Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 4 vertolyotu da uçuş keçirib, vertolyotlar Ermənistan sərhədinin bilavasitə yaxınlığından keçib, amma sərhədi pozmayıb.
Xatırladaq ki, Azərbaycan-Türkiyə birgə irimiqyaslı təlimləri iyulun 29-dan başlayıb, təlimlər avqustun 10-nadək davam edəcək. Təlimlərə qatılmaq üçün Türkiyənin F-16 qırıcıları, “Atak” hücum vertolyotları, reaktiv yaylım atəşi sistemləri və bir diviziya canlı qüvvəsi göndərilib. Ermənistanda bu təlimləri təşvişlə izləyirlər.//Virtualaz.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?