Lukaşenko, hətta bərabərhüquqlu rəqabət şəraiti olmayan, gerçək rəqiblərinin iştirakına imkan vermədiyi seçkilərdə də məğlub oldu. Rəqibinin ailə üzvünə, əslində isə ona qarşı olan Belorus xalqına uduzdu. O, hətta şəxsiyyəti bilinməyən "heç kim" adlı bir namizəd olsa belə, ona da uduzacaqdı. Onu necə təbrik etmək, ona necə uğur arzulamaq olar?
Lukaşenkonu bu seçkilərdə qələbə münasibəti ilə təbrik etmək Belorus xalqına qarşı hörmətsizlikdir.
Bir dəfə də demişəm. Başqa ölkələrdə avtoritar rejimlərə dəstək verənlərin və ya haqq qazandıranların öz ölkəsində demokratiya uğrunda mübarizə apardıqları barədə iddialarının səmimiliyinə inanmıram.
...İndi Tixanovskayanın Litvaya getməsi müzakirə olunur. Qaçıb, filan.
Ailəsi ilə, həm də indiki karantinə görə sərhədlərin bağlı olduğu şəraitdə dövlət sərhəddini necə keçib? Hökumətin, özü də xalqına atəş açmaqdan belə çəkinməyən bir hökumətin xəbəri, iştirakı, təşkilatçılığı olmadan bu necə mümkün olub? Dünən əslində seçkini udmuş bir namizədin "ölkədən getmək qərarını mən qəbul etdim", dediyi vıdeomüraciəti necə yazılıb, niyə yayılıb? Əslində sualların cavabı da hər kəsə aydındı.
Corc Oruelin "1984"əsərini oxuyanda dəhşətə gəlirik. Amma oxşar hadisələr günümüzdə Bakıda, Minskdə... yaşanır. Faciə ondadır ki, hələ üstəlik bu hadisələri törədən "böyük qardaş"lara haqq qazandıranlar da var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?