Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu mərhələdə yeni növ koronavirusa yoluxanların yenidən bu xəstəliyə yoluxmasının mümkün olduğunu təsdiq edə bilməz.
Bunu ÜST-nin texniki eksperti Mariya Van Kerkhoven bildirib.
“ÜST-ə bəzi ölkələrdə təkrar yoluxma iddialarının olması barədə məlumatlar daxil olur. Lakin bu hələ təsdiqlənməyib. Burada bir çox amilləri nəzərə almaq lazımdır.
Məsələn, insanın hansı test verməsi. Bəzən, testlər müsbət, mənfi, daha sonra müsbət nəticəsi verdiyi hallar olur. Ancaq bu, təkrar infeksiyaya yoluxma demək deyil. Bütün hallarda vəziyyəti aktiv şəkildə izləyirik”- deyə ekspert qeyd edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?