Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində açılış mərasimində vətəndaşlara müraciət edib.
Ərdoğan hazırda epidemiyanın iqtisadiyyata mənfi təsirlərini minimuma endirməyı çalışdıqlarını bildirib. O deyib:
"İqtisadiyyatımızı qaldırmağa, Aralıq dənizinin şərqində, Egeydə, Liviyada hüquqlarımızı sonuna qədər qorumağa qərarlıyıq. Suriya, İraqın şimalındakı terror təşkilatlarının qarışısını almağa çalışırıq. Rizəyə 525 milyon TL investisiya yatırdıq. Rizə-Artvin Hava Limanının inşası sürətlə davam edir. Sabah oradakı vəziyyətlə tanış olmağa gedəcəyəm. Bir tərəfdən ətraf mühiti qoruyacaq, digər tərəfdən bu fürsətlərdən maksimum yararlanmağın yollarını axtaracağıq. Bölgədəki resursları millətimizin xidmətinə çatdırmaq əzmindəyik. Biz yalnız bu gün deyil, son 18 ildir ki, gecə-gündüz çalışırıq. Son 18 ildə Rizəye 20 milyard lirədən çox sərmayə qoyduq. Rizənin dünya markası olan çay və turizmini bir araya gətirən Çay Bazarını gələn ilin sentyabrına qədər tamamlayacağıq. Əlbəttə ki, bir yerdə problem varsa, onu dinləmək və həlli yollarını axtarmaq bizim borcumuzdur. Müzakirələri öz məcrasından kənara çıxarmağa və ölkənin qarşısında problemlər yaradanlara göz yuma bilmərik. Millətimizlə çiyin-çiyinə yürüməyə davam edəcəyik. Ümid edirəm ki, sabah bugündən daha yaxşı olacaq".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?