“Almaniya ilə birlikdə Liviya münaqişəsinin həllinə çalışırıq. Beynəlxalq aləm Suriyada yol verdiyi səhvi Liviyada təkrarlamamalıdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Türkiyə Prezidenti ölkəsində səfərdə olan Almaniya kansleri Angela Merkellə birlikdə Türk-Alman Universitetinin kampusunun açılış mərasimində iştirak edib.
Ərdoğan bildirib ki, tezliklə atəşkəsə nail olunmasa, Liviyadakı xaos bütün Aralıq dənizi hövzəsinə təsir göstərəcək. “Liviyada İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatları ilə muzdlu döyüşçülərin genişlənməməsini istəyiriksə, münaqişənin həllini tezləşdirməliyik. Liviyalı qardaşlarımızın sülh şəraitində yaşaması üçün onların yanında olacağıq. Liviya münaqişəsinin həllinə nail olmaq başlıca hədəfimizdir. Sülh üçün atılacaq istənilən addımları dəstəkləyəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb./APA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?